...

AVRO-2020: Macarıstan-Portuqaliya matçını Cüneyt Çakır idarə edəcək

İdman Materials 14 İyun 2021 10:16 (UTC +04:00)
AVRO-2020: Macarıstan-Portuqaliya matçını Cüneyt Çakır idarə edəcək

Bakı. Trend:

Futbol üzrə Avropa çempionatının F qrupu çərçivəsində keçiriləcək Macarıstan-Portuqaliya matçı türkiyəli hakimlər briqadasına həvalə olunub.

Trend xəbər verir ki, qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq.

Referiyə Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 15-də Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti