...

AVRO-2020: Xorvatiya millisi Şotlandiyanı məğlub edərək pleyf-offa çıxıb

İdman Materials 23 İyun 2021 01:28 (UTC +04:00)
AVRO-2020: Xorvatiya millisi Şotlandiyanı məğlub edərək pleyf-offa çıxıb

Bakı. Trend:

Xorvatiya millisi Avropa çempionatının qrup mərhələsinin üçüncü tur oyunu çərçivəsində Şotlandiya yığması ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərində keçirilən görüş Xorvatiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiya komandasının heyətində qolları Nikola Vlaşıç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Perişiç (77) vurublar. Şotlandiya yığmasında yeganə qolu Kallum Makqreror vurub (42).

Bələliklə, bu qələbədən sonra Xorvatiya millisi pleyf-off mərhələsinə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti