Bakı. Orxan Nəbiyev - Trend:
2032-ci il Yay Olimpiya oyunları Avstraliyanın Brisben şəhərində keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilmiş 138-ci sessiyasında qərar verilib.
Brisben bu oyunlara ev sahibliyi etmək üçün yeganə namizəd idi.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya oyunları Parisdə, 2028-ci ildə isə Los-Ancelesdə keçiriləcək.