...

Messi Pelenin rekordunu qırıb

İdman Materials 10 Sentyabr 2021 05:29 (UTC +04:00)
Messi Pelenin rekordunu qırıb

Bakı. Trend:

Argentina yığmasının hücumçusu Lionel Messi braziliyalı Pelenin rekordunu qırıb.

Trend-in məlumatına görə, L.Messi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyaya 3 qol vuraraq Cənubi Amerika futbolçuları arasında ən çox qol vuranlar siyahısında birinci pilləyə yüksəlib.

Argentinalının qollarının sayı 79-a çatıb. Pele 77 qolla sözügedən siyahıda ikinci yerə düşüb.

Qeyd edək ki, Pelenin 91 oyunda təyin etdiyi rekordunu qırmaq üçün Messiyə 153 oyun lazım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti