...

"Barselona" futbol klubuna yarım milyard avroya yaxın ziyan dəyib

İdman Materials 2 Oktyabr 2021 03:54 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol komandası illik maliyyə hesabatını təqdim edib və rekord xərclərini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə futbol klubunun saytında bildirilib.

2020/2021 maliyyə ili üçün klubun əməliyyat gəliri 631 milyon avro təşkil edib. Xərclər əvvəlki hesabat dövrünə nisbətən 19 faiz artaraq ümumilikdə 1,36 milyard avro təşkil edib. Klub tarixində belə bir şey olmamışdı.

Beləliklə, ziyanın məbləği təxminən yarım milyard avro təşkil etdi: vergilərdən sonra onun dəyəri 481 milyon avroya bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti