Bakı. Orxan Nəbiyev - Trend:
Braziliyanın Rio-Qrandi-du-Sul ştat çempionatında iştirak edən "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakimə hücum etdiyinə görə həbs olunub.
Trend-in məlumatına görə, insident "Quarani" - "SK San Paulu" matçının 61-ci dəqiqəsində baş verib.
Futbolçu hakim Rodriqo Krivellaroya zərbələr endirib, zərbələr nəticəsində hakim huşunu itirib və xəstəxanaya çatdırılıb.
U.Ribeyro polis tərəfindən saxlanılıb. Ona qarşı ölümə cəhd ittihamı irəli sürülüb.