...

Azərbaycan güləşçisi Dünya çempionatında ikinci olub

İdman Materials 8 Oktyabr 2021 22:13 (UTC +04:00)
Azərbaycan güləşçisi Dünya çempionatında ikinci olub

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

Trend xəbər verir ki, 77 kq-da yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada rusiyalı Roman Vlasovla üz-üzə gəlib.

Görüşdən 1:2 hesabı ilə məğlub ayrılan Süleymanov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti