...

"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu

İdman Materials 28 Oktyabr 2021 02:46 (UTC +04:00)
"Barselona"nın baş məşqçisi vəzifəsindən azad olundu

Bakı. Trend:

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Bu qərar Kataloniya komandasının İspaniya çempionatında "Rayo Valyekano"ya uduzmasından (0:1) sonra verilib.

R.Kuman "Barselona"nın oyunçuları və heyəti ilə oktyabrın 28-də vidalaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti