...

AFFA-dan De Byazi ilə bağlı açıqlama

İdman Materials 15 Noyabr 2021 11:43 (UTC +04:00)
AFFA-dan De Byazi ilə bağlı açıqlama

Bakı. Fərid Zöhrabov - Trend:

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək. Onun müqaviləsi bu ayın sonu başa çatır.

Bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: "Bundan sonra AFFA İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək.Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələrə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. AFFA İcraiyyə Komitəsinin iclası bu ayın sonu və ya gələn ayın əvvəli keçirilə bilər."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti