Bakı. Cani Babayeva - Trend:
Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının tamblinq üzrə proqramında 76.300 xalla gümüş medal qazanıb.
Trend-in məlumatına görə, birinci yerdə Rusiya təmsilçisi Aleksand Lisitsin (80.000 xal), üçüncü yerdə isə ABŞ təmsilçisi Kaden Braun (75.400 xal) qərarlaşıb.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.