...

Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi olub

İdman 15 Yanvar 2022 00:07 (UTC +04:00)
Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi olub

Bakı. Trend:

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

Trend-in məlumatına görə, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti