...

Nəzrin Qasımova və Xanım Məmmədzadə Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları yarışında balans hərəkətlərini nümayiş etdirib

İdman Materials 3 Mart 2022 15:51 (UTC +04:00)
Nəzrin Qasımova və Xanım Məmmədzadə Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları yarışında balans hərəkətlərini nümayiş etdirib

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları çərçivəsində 12-18 yaş kateqoriyasında Nəzrin Qasımova və Xanım Məmmədzadədən ibarət qadın cütlüyü balans hərəkətlərini nümayiş etdirib.

Trend-in məlumatına görə, cütlük 25,330 xal yığaraq beşinci keçid yerində qərarlaşıb. Onlar sabah balans hərəkətlərini nümayiş etdirəcək.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti