...

Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür - Britaniyalı idmançılar

İdman Materials 3 Mart 2022 16:17 (UTC +04:00)
Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür - Britaniyalı idmançılar

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür.

Bunu Trend-ə Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçıları, Böyük Britaniya gimnastları Uilyam Klark və Harli Kertis-Lourens deyiblər.

"Biz təsnifat mərhələsində çıxışımızdan razı qaldıq. Burada xoş mühit hökm sürür, yarışlar yüksək səviyyədə təşkil olunub. İdmançılar üçün bütün şərait yaradılıb. Komandamıza gəldikdə isə biz hamımız yaxşı nəticəyə köklənmişik, motivasiyamız yüksəkdir və uğur qazanmaq niyyətindəyik", - deyə idmançılar bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti