...

Bakı Milli Gimnastika Arenası heyranlıq hisləri doğurur - Qazaxıstan gimnastları

İdman Materials 5 Mart 2022 14:15 (UTC +04:00)
Bakı Milli Gimnastika Arenası heyranlıq hisləri doğurur - Qazaxıstan gimnastları

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenası heyranlıq hisləri doğurur.

Bunu Trend-ə akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçıları, Qazaxıstan gimnastları Anjelika Boboşko və Valeriya Muravkina deyib.

"Bakıya səfərdən və yarışlarda iştirak etməkdən müsbət emosiyalar aldıq. Bakıdakı gimnastika arenası, onun gözəlliyi və parlaq zalı heyranlıq doğurur. Etiraf edirik ki, biz bu cür böyük zalda çıxış etməyə öyrəşməmişik, amma həyəcanın öhdəsindən gəlib yaxşı çıxış edə bildik. Yarışların başlamasına qədər bizim beş məşq prosesimiz oldu. Bu vaxt uyğunlaşmağa, zala öyrəşməyə kifayət edir", - deyə gimnastlar bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti