...

Məşqçimiz Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarındakı çıxışımızdan razı qaldı - Avstriyalı idmançılar

İdman Materials 6 Mart 2022 17:07 (UTC +04:00)
Məşqçimiz Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarındakı çıxışımızdan razı qaldı - Avstriyalı idmançılar

Bakı. Cani Babayeva - Trend:

Məşqçimiz Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarındakı çıxışımızdan razı qaldı.

Bunu Trend-ə 13-19 yaş kateqoriyasında qadın cütlük tərkibində çıxış edən Avstriyalı gimnastlar Katarina Qallauner və Eyla Heydn deyiblər.

"Şadıq ki, yarışlarda iştirak etdik, burada əvəzsiz təcrübə qazandıq ki, bu da gələcəkdə öz bəhrəsini verəcək. Bu, bizim belə səviyyəli ikinci yarışımızdır. Bakıda idmançılar üçün gözəl şərait yaradılıb. Təşkilatçılar bütün iştirakçılara diqqət və qayğı ilə yanaşırlar. Bütün idmançılar burada olmaqdan xoşbəxtdirlər. Digər komandaların nümayəndələri ilə bir az söhbət etdik, dostluq münasibətləri qurduq", - deyə gimnastlar bildirib.

Onlar vurğulayıblar ki, Bakı şəhərini gəzib, onun gözəlliyinə heyran olublar.

"İçərişəhərdə olduq, burada xüsusi ab-hava var. Etiraf edirik ki, Bakıya vurulduq və bura yenidən gələcəyimizə ümid edirik", - deyə idmançılar qeyd ediblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti