Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Fransanın "Lill" klubu İngiltərənin "Çelsi" klubunu qəbul edib.
Trend-in məlumatına görə, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Çelsi"nin heyətində qolları K.Pulişiç (45+3) və S.Aspilikueta (71), "Lill"in yeganə qolunu isə 38-ci dəqiqədə penaltidən Burak Yılmaz vurub.
İki oyunun nəticəsinə görə "Çelsi" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib.