Bakı. Cani Babayeva - Trend:
Azərbaycan Gimnastika Federasiyası (AGF) SSRİ və Ukraynanın əməkdar məşqçisi, bəddi gimnastika üzrə əfsanəvi məşqçi Albina Deryuginanı 90 illik yubileyi münasibətilə təbrik edib.
Bu barədə Trend-ə AGF-in mətbuat xidmətindən bildiriblər.
Bu münasibətlə AGF Albina Deryuginaya təbrik plaketi göndərib.
Qeyd edək ki, A.Deryugina bədii gimnastika sahəsində xidmətlərinə, dünya gimnastikasına töhfələrinə görə dəfələrlə mükafatlara layiq görülüb.
(Tərcümə: Orxan Nəbiyev)