...

İtaliya, Türkiyə, Avstriya və Çexiya yığmaları DÇ-dən kənarda qaldılar

İdman Materials 25 Mart 2022 01:54 (UTC +04:00)
İtaliya, Türkiyə, Avstriya və Çexiya yığmaları DÇ-dən kənarda qaldılar

Bakı. Trend:

Bu gün futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal oyunları keçirilib.

Trend-in məlumatına görə, İtaliya yığması Şimali Makedoniya yığmasına minimal hesabla məğlub olaraq DÇ-dən kənarda qalıb - 1:0.

Digər oyunda Portuqaliya yığması Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələrək pley-off mərhələsinin finalına vəsiqə qazanıb.

Uels yığması Avstriyanı 2:1 hesabı ilə məğlub edərək avstriyalıları DÇ-dən kənarda qoyub.

İsveç-Çexiya oyununda əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda isveçlilər 1 qol vuraraq çexləri dünya çempionatından kənarlaşdırıblar.

Pley-off mərhələsinin finalında Portuqaliya Şimali Makedoniya ilə, İsveç Polşa ilə, Uels isə Şotlandiya-Ukrayna cütünün qalibi ilə oynuyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti