...

Güc, elastiklik, çeviklik - İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir (FOTO)

İdman Materials 25 Mart 2022 16:12 (UTC +04:00)
Güc, elastiklik, çeviklik - İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının birinci gününün yarışları davam edir.

Trend -in məlumatına görə, bu gün kişi gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadın gimnastlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətləri nümayiş etdirəcəklər.

İdmançılar çıxışlar zamanı güc, elastiklik və çeviklik nümayiş etdirirlər.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

(FOTO: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti