...

Azərbaycan yığmasında xarakter problemi var - De Byazi

İdman Materials 7 Aprel 2022 10:12 (UTC +04:00)
Azərbaycan yığmasında xarakter problemi var - De Byazi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Trend "TMW Radio"ya istinadən xəbər verir ki, italyan mütəxəssis yığmanın yoldaşlıq oyunlarada Latviya və Maltaya uduzmasından söz açıb:

"Problem vaxtımızın az olmasıdır. Hazırlıq dönəmində Malta və Latviya ilə qarşılaşdıq və hər ikisini 0:1 hesabıyla uduzduq. Çox günümüz olmasa da, yeni bir sistem yoxladıq"

De Byazi Azərbaycan milli komandası ilə Albaniya yığmasını da müqayisə edib:

"Albaniya millisi yaxşıdır, keyfiyyətləri var. Mənim komandamda bir şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən vaxta qədər çalışacam. Burada başqa problem də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan. Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir komandaya verə bilmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti