...

“Liverpul” Çempionlar Liqasının yarımfinalına yüksəlib

İdman Materials 14 Aprel 2022 01:04 (UTC +04:00)
“Liverpul” Çempionlar Liqasının yarımfinalına yüksəlib

Bakı. Trend:

İngiltərənin “Liverpul” futbol klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Benfika” ilə heç-heçə edib.

Trend-in məlumatına görə, Liverpulda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.

"Liverpul"un heyətində qolları İbrahima Konate (21-ci) və Roberto Firmino (55, 65) vurub. "Benfika"nın heyətində Qonsalu Ramuş (32), Roman Yaremçuk (73) və Darvin Nunes (82) fərqləniblər.

Komandalar arasında ilk oyun Liverpulun qələbəsi (3:1) ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti