...

"Napoli" və "Real"ın keçmiş futbolçusu ölüb

İdman Materials 14 Aprel 2022 10:24 (UTC +04:00)
"Napoli" və "Real"ın keçmiş futbolçusu ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyalı keçmiş futbolçu, "Napoli" və "Real" (Madrid) klublarının sabiq yarımmüdafiəçisi Freddi Rinkon ağır qəzadan sonra vəfat edib.

Trend-in məlumatına görə, 55 yaşlı keçmiş futbolçu bir neçə gün əvvəl yol qəzası keçirmiş, onun olduğu maşın avtobusla toqquşmuşdu. Ondan başqa, bir neçə nəfər də xəsarət almışdı.

F.Rinkon əməliyyat olunmasına baxmayaraq ağır vəziyyətdə qalırdı.

Qeyd edək ki, Freddi Rinkon 1994-1996-cı illərdə İtaliyanın "Napoli" və İspaniyanın "Real" klublarında çıxış edib.

O, həmçinin 1990-cı il dünya çempionatında Kolumbiya milli komandasının əsas oyunçularından olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti