...

"Qalatasaray" klubunda planlaşdırılan prezident seçkiləri ləğv edilib

İdman Materials 19 Aprel 2022 16:12 (UTC +04:00)
"Qalatasaray" klubunda planlaşdırılan prezident seçkiləri ləğv edilib

Bakı. Trend:

Türkiyənin tanınmış futbol klublarından olan "Qalatasaray"da aprelin 30-da keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ləğv edilib.

Trend xəbər verir ki, TurkicWorld-un məlumatına görə, bu barədə məhkəmə qərar verib.

Məhkəmənin qərarına əsasən, "Qalatasaray" klubunun hazırkı prezidenti Burak Elmas seçkilərin baş tutması üçün istefa verməlidir.

Əgər istefa qərarı verilərsə, seçkilərin iyunda keçirilməsi gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" klubunun üzvü Fırat Develioğlu klub daxilində edilən qanun pozuntuları səbəbi ilə məhkəməyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti