...

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku böyük və gözəl idman hadisəsidir - Tamaşaçı

İdman Materials 23 Aprel 2022 17:29 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku böyük və gözəl idman hadisəsidir - Tamaşaçı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kuboku böyük və gözəl idman tədbiridir.

Bu barədə Trend-ə yarışın tamaşaçısı, bədii gimnastika üzrə məşqçi Leyla Lyutvinova məlumat verib.

"Təxminən 3 il əvvəl Şəmkir şəhərinin idman kompleksində bədii gimnastika bölməsi açılıb. Uşaqlar böyük həvəslə məşğul olurlar, Tovuzdan, Qazaxdan uşaqlar gəlir. Bu yaxınlarda Göygöldə təşkilatın üzvləri ilə görüş keçirilib. Bu görüş onlara çoxlu müsbət emosiyalar, sevinc bəxş etdi və şübhəsiz ki, ən gözəl xatirələr buraxdı”, - deyə Lyutvinova bildirib.

Məşqçinin sözlərinə görə, onun yetirmələri də Bakıda keçirilən dünya çempionatı yarışlarını öz gözləri ilə izləməklə böyük təəssürat alırlar.

"Şagirdlərim üçün görkəmli idmançıların çıxışlarını öz gözləri ilə görmək çox böyük stimuldur. Biz çox şadıq ki, bir çox ölkələrin nümayəndələri Azərbaycana gəlib, burada öz istedadlarını və idman ustalıqlarını nümayiş etdirirlər. Biz gimnastlarımızı çox dəstəkləyirik. Biz onlara dəstək olmaq və idman nailiyyətlərinə ruhlandırmaq üçün xüsusi olaraq plakat hazırlamışıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti