...

İtaliya A Seriyası: "Milan" son dəqiqələrdə vurduğu qolla "Latsio"dan üstün olub

İdman Materials 25 Aprel 2022 08:28 (UTC +04:00)
İtaliya A Seriyası: "Milan" son dəqiqələrdə vurduğu qolla "Latsio"dan üstün olub

Bakı. Trend:

Aprelin 24-də futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində “Milan” səfərdə “Latsio”nu məğlub edib.

Trend xəbər verir ki, Romada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Çiro İmmobile (4-cü dəqiqə) fərqlənib, Olivye Jiru (50) və Sandro Tonali (90+2) isə “Milan”ın qollarına imza atıblar.

“Milan”ın son 3 görüşünü zədə səbəbindən buraxan hücumçu Zlatan İbrahimoviç 68-ci dəqiqədə meydana daxil olub, məhsuldar ötürmə edib və sarı vərəqə alıb.

Qeyd edək ki, “Milan” 74 xal toplayıb və A Seriyasında ikinci yerdə qərarlaşan “İnter”i iki xal qabaqlayaraq birinci yerdədir.

Üçüncü pillədə qərarlaşan “Napoli” səfərdə gözlənilmədən “Empoli”ə uduzub 3:2. Bununlada neapol təmsilçisi “Milan” və “İnter”dən altı xal geriləyib.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Salernitana” – “Fiorentina” - 2:1;

“Bolonya” – “Udineze” - 2:2;

“Genoa” – “Kalyari” - 1:0;

“Torino” – “Spezia” - 2:1;

“Venesiya” – “Atalanta” - 3:1;

“İnter” – “Roma” - 3:1;

“Verona” – “Sampdoriya” - 1:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti