...

UEFA Çempionlar Liqasının finalındakı iğtişaşlarla bağlı vəziyyəti qiymətləndirəcək

İdman Materials 29 May 2022 05:51 (UTC +04:00)
UEFA Çempionlar Liqasının finalındakı iğtişaşlarla bağlı vəziyyəti qiymətləndirəcək

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalı ətrafındakı iğtişaşlarla bağlı vəziyyəti təcili şəkildə qiymətləndirəcək.

Trend-in məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.

"Oyun ərəfəsində saxta bilet alan minlərlə azarkeş turniketlərin qarşısını kəsib. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənar insanların sayı artmağa davam etdiyi üçün polis onları gözyaşardıcı qazla dağıtdı və stadionu tərk etməyə məcbur etdi. UEFA təcili olaraq Fransa polisi və hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu məsələləri qiymətləndirəcək", - deyə mətbuat xidməti qeyd edib.

Qeyd edək ki, ötən gün Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klubları arasında Çempionlar Liqasının final matçı stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı problemlər səbəbindən 37 dəqiqə gec başlayıb. Qarşılaşma "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti