...

Sadio Mane "Liverpul"dan "Bavariya"ya keçidinin səbəbini açıqlayıb

İdman Materials 23 İyun 2022 06:53 (UTC +04:00)
Sadio Mane "Liverpul"dan "Bavariya"ya keçidinin səbəbini açıqlayıb

Bakı. Trend:

Hücumçu Sadio Mane "Liverpul"dan "Bavariya"ya keçidini şərh edib.

Trend xarici mətbuata istinadla xəbər verir ki, seneqallı futbolçu bir çox klubdan təklif aldığını bildirib.

"Mən, sadəcə rəhbərliyə dedim ki, artıq getmək niyyətindəyəm. Təbii ki, biz "Liverpulla" çoxlu qələbə qazandıq və burada çox gözəl vaxt keçirdim. Həmişə dediyim kimi, mənim həyatım bir sınaqdır. İrəli addımlamağın vaxtıdır", - S. Mane bildirib.

Qeyd edək ki, o 2016-cı ildə "Sauthempton"dan "Liverpul"a keçib. Mersisaydlıların tərkibində hücumçu İngiltərə çempionu, ölkə kubokunun sahibi, eyni zamanda Çempionlar Liqasının qalibi olub. Ümumilikdə, "Liverpulun" heyətində Mane 269 görüşdə 120 qol vurub və 48 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına görə, seneqallı hücumçunun bazar dəyəri 80 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti