...

Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

İdman Materials 13 Avqust 2022 09:47 (UTC +04:00)
Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Trend xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti