...

Azərbaycan gimnastları qarışıq cütlükdə tərkibində İslamiadanın qızıl medalını qazanıblar

İdman Materials 14 Avqust 2022 13:41 (UTC +04:00)
Azərbaycan gimnastları qarışıq cütlükdə tərkibində İslamiadanın qızıl medalını qazanıblar
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası yarışlarında qızıl medal qazanıblar.

Trend xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan komandasının üzvləri Dolmatov və Mustafayeva qarışıq cütlüklər arasında birinci yeri tutmuşlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti