...

Qətər futbol üzrə dünya çempionatının təşkilinə rekord vəsait xərcləyib

İdman Materials 27 Sentyabr 2022 16:04 (UTC +04:00)
Qətər futbol üzrə dünya çempionatının təşkilinə rekord vəsait xərcləyib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qətər 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi üçün 200 milyard dollar vəsait xərcləyib.

Trend-in məlumatına görə, bu barədə qərb KİV-ləri yazır.

Qeyd olunur ki, bu, indiyədək iri turnirlərin təşkili üçün sərf olunan ən yüksək məbləğdir.

Bundan əvvəlki rekord göstərici 2014-cü ildə keçirilən dünya çempionatında qeydə alınmışdı. Həmin turnirin təşkili üçün Braziliya 15 milyard dollar xərcləmişdi.

2018-ci ildə isə Rusiyanın turnirin təşkilinə ayırdığı xərc 11,6 milyard dollar təşkil etmişdi.

Qeyd edək ki, Qətərdə futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti