...

ABŞ-ın tanınmış mütəxəssisləri güləşçilərimizə ustad dərsləri keçiblər

İdman Materials 29 Sentyabr 2022 02:31 (UTC +04:00)
ABŞ-ın tanınmış mütəxəssisləri güləşçilərimizə ustad dərsləri keçiblər

Bakı. Trend:

ABŞ-ın iki tanınmış güləş mütəxəssisi ölkəmizdə güləşçilərə ustad dərsləri keçiblər.

Trend xəbər verir ki, sərbəst güləş üzrə ikiqat olimpiya, dördqat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının ikiqat bürünc medalçısı Seli Roberts sentyabrın 27-28-də Olimpiya Güləş Mərkəzində milli komandalarımızla tanış olublar. Qonaqlar yeniyetmə və gənc idmançılara master-klas keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıb. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, amerikalı məşqçilər qarşıdakı üç gündə Astara və Gəncədə yerli güləşçilərə master-klas keçəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti