...

Karate1 Seriya A turniri: Karateçilərimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaqlar

İdman Materials 20 Noyabr 2022 05:27 (UTC +04:00)
Karate1 Seriya A turniri: Karateçilərimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaqlar

Bakı. Trend:

Karateçilərimizin İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirində çıxışı davam edir.

Trend-in məlumatına görə, təmsilçilərimizdən Ayxan Mamayev (84 kq), Mədinə Sadiqova (55 kq) və Renata Ərəbli (61 kq) bürünc medalı uğrunda həlledici görüşə çıxacaqlar.

Üçüncü yer uğrunda M.Sadiqova Yaponiya, R.Ərəbli Taypey, A.Mamayev isə İran idmançısı ilə qarşılaşacaq.

Turnir noyabrın 20-də başa çatacaq.

Mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi qüvvəsini sınayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti