...

Bu gün Mərakeş millisi İspaniyaya, Portuqaliya isə İsveçrəyə qarşı oynayacaq

İdman Materials 6 Dekabr 2022 08:25 (UTC +04:00)
Bu gün Mərakeş millisi İspaniyaya, Portuqaliya isə İsveçrəyə qarşı oynayacaq

Bakı. Trend:

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsinə bu gün yekun vurulacaq.

Trend xəbər verir ki, günün ilk matçında Mərakeş millisi İspaniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Portuqaliya seçməsi İsveçrə millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti