...

Luis Enrike İspaniya millisindən getdi, yeni baş məşqçi təyin olundu

İdman Materials 8 Dekabr 2022 16:53 (UTC +04:00)
Luis Enrike İspaniya millisindən getdi, yeni baş məşqçi təyin olundu

Bakı. Trend:

Luis Enrike İspaniya millisinin baş məşqçisi postundan gedib.

Trend xəbər verir ki, o, komandası dünya çempionatının 1/8 final matçında Mərakeşə uduzduqdan sonra belə bir qərar verib. Onun yetirmələri penaltilər seriyasında mərakeşlilərə 0:3 hesabla uduzub.

Qeyd edək ki, Luis Enrike 2018-ci ildən İspaniya millisinə rəhbərlik edib. 52 yaşlı Enrike bundan əvvəl “Roma”, İspaniyanın “Selta” və “Barselona” klublarına rəhbərlik edib.

Bundan sonra isə İspaniya millisini Luis de la Fuente çalışdıracaq. Luis de la Fuente İspaniyanın yeniyetmə və gənclərdən ibarət yığmalarında çalışıb. Onun yetirmələri Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti