...

Xorvatiya - Mərakeş matçının hakimləri bəlli olub

İdman Materials 16 Dekabr 2022 03:36 (UTC +04:00)
Xorvatiya - Mərakeş matçının hakimləri bəlli olub

Bakı. Trend:

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib.

Trend xəbər verir ki, matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq. Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti