...

"L'Équipe" Messini ilin idmançısı seçib

İdman Materials 6 Yanvar 2023 08:58 (UTC +04:00)
"L'Équipe" Messini ilin idmançısı seçib

Bakı. Trend:

Fransanın "L'Équipe" nəşri Argentina yığmasının kapitanı Lionel Messini 2022-ci ilin ən yaxşı idmançısı seçib.

Trend xəbər verir ki, hücumçu "L'Équipe" qrupunun redaksiya heyətinin jurnalistləri arasında keçirilən gizli səsvermənin nəticələrinə görə hər il verilən "Çempionlar çempionu" adını qazanıb.

Səsvermədə L.Messi 808 xal toplayıb. Fransalı hücumçu Kilian Mbappe 381 xalla ikinci olub. İlk üçlüyü (285) ispan tennisçi Rafael Nadal qapayıb.

Xatırladaq ki, Lionel Messi ötən il Argentina millisi ilə futbol üzrə dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti