...

FİFA 2022-ci ilin ən yaxşı məşqçisi tituluna ilk üç namizədinin adını açıqlayıb

İdman Materials 9 Fevral 2023 21:29 (UTC +04:00)
FİFA 2022-ci ilin ən yaxşı məşqçisi tituluna ilk üç namizədinin adını açıqlayıb

Bakı. Trend:

Argentinalı Lionel Skaloni, ispaniyalı Xosep Qvardiola və italiyalı Karlo Ançelotti Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 2022-ci ilin ən yaxşı məşqçisi adına namızəd olan üçlük arasındadır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

L.Skaloni 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina milli komandasına rəhbərlik edir. Final matçında cənubi amerikalılar Fransa yığmasını (2:2 - əsas vaxt, 3:3 - əlavə vaxt, 4:2 - penaltilər) məğlub etdilər.

X.Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" ardıcıl ikinci dəfə İngiltərə çempionu olub. Mövsümün sonunda Mançester klubu "Liverpool"u bir xal qabaqladı.

K.Ançelottinin rəhbərliyi altında "Real Madrid" ötən mövsüm İspaniya çempionu, Çempionlar Liqasının qalibi, UEFA Superkubokunun və İspaniya Superkubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti