...

UEFA Çempionlar Liqası: "Bavariya" 1/8 finalın ilk oyununda PSJ-ni məğlub edib

İdman Materials 15 Fevral 2023 02:14 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Bavariya" 1/8 finalın ilk oyununda PSJ-ni məğlub edib

Bakı. Trend:

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın “Bavariya” klubu səfərdə Fransa “Pari Sen-Jermen”ini 1:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qolu 53-cü dəqiqədə "Bavariya"nın fransız yarımmüdafiəçisi Kinqsli Koman vurub. İkinci hissəyə əlavə edilən ikinci dəqiqədə “Bavariya”nın müdafiəçisi Benjamin Pavard ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Digər görüşdə İtaliya “Milan” komandası İngiltərənin “Tottenhem” klubuna 1:0 hesabı ilə qalib gəlib. 7-ci dəqiqədə ispaniyalı Braim Diaz fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti