...

"Liverpul" "Mançester Yunayted"i 7 cavabsız qolla darmadağın etdi

İdman Materials 5 Mart 2023 22:31 (UTC +04:00)
"Liverpul" "Mançester Yunayted"i 7 cavabsız qolla darmadağın etdi

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində "Liverpul" öz meydanında "Mançester Yunayted"i qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:0.

Oyunda qolları K.Qakpo (43-cü və 50-ci dəqiqələr), D.Nunyes (47 və 75), M.Salah (66 və 83) və R.Firmino (88) vurublar.

Qeyd edək ki, 25 turdan sonra "Liverpul" 42 xalla turnir cədvəlinin 5-ci pilləsində, "Mançester Yunayted" isə 49 xalla 3-cü pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti