...

La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

İdman Materials 21 Mart 2023 06:29 (UTC +04:00)
La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İspaniyanın "Elçe" futbol klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Trend-in məlumatına görə, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.

"Elçe" 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ilin noyabrından "Elçe"ni çalışdırırdı. İspaniyalı məşqçi bundan əvvəl ölkəsində "Sevilya", "Espanyol" və "Alaves"in baş məşqçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti