...

Azərbaycan gimnastları Belçikada keçirilən yarışlarda qızıl və gümüş medal qazanlıblar (FOTO)

İdman Materials 9 Aprel 2023 10:58 (UTC +04:00)
Azərbaycan gimnastları Belçikada keçirilən yarışlarda qızıl və gümüş medal qazanlıblar (FOTO)

Bakı. Trend:

Azərbaycan gimnastları Belçikada keçirilən yarışlarda qızıl və gümüş medal qazanlıblar.

Azərbaycan Gimnastiak Federasiyasından Trend-ə bildirilib ki, akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz Belçikanın Purs şəhərində (Antverpen) keçirilən “Flanders Acro Cup” beynəlxalq turnirində qarışıq hərəkətlər proqramında qızıl, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə eyni şəhərdə keçirilən Dünya kubokunda qarışıq hərəkətlər proqramında gümüş medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti