...

Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb

İdman Materials 18 Aprel 2023 23:30 (UTC +04:00)
Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Sərbəst güləş üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında növbəti medalını qazanıb.

Trend-in məlumatına görə, çempionatda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Maqomedxan Maqomedov səkkizdəbir finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz dörddəbir finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. M.Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Avropa çempionumuz yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl digər güləşçilərimiz Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionatında qızıl medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti