Bakı. Trend:
Mayın 6-da Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışlarda “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast iştirak edəcək.
Gimnastlar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edirlər.
Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.
Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.