...

“Bakı Marafonu 2023”ün yolu yaxşıdır, kifayət qədər sürətlidir - Rusiyadan olan iştirakçı

İdman Materials 7 May 2023 12:55 (UTC +04:00)
“Bakı Marafonu 2023”ün yolu yaxşıdır, kifayət qədər sürətlidir - Rusiyadan olan iştirakçı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Marafonu 2023”ün yolu yaxşıdır, kifayət qədər sürətlidir.

Bunu Trend-ə “Bakı Marafonu 2023”ün iştirakçısı, Rusiyanın Vladivostok şəhərindən olan idmançı Aleksandr Xolod deyib.

"Bakıya birinci səyahətimdir, bir ay əvvəl gəlmişdim, şəhəri çox bəyəndim və “Bakı Marafonu 2023”də iştirak etmək qərarına gəldim. Artıq 7 ildir ki, qaçıram, Rusiyada marafonlarda iştirak etmişəm. "Bakı Marafonunda" iştirakımın nəticəsindən razıyam. Hazırkı fiziki formamı nəzərə alsaq, göstərdiyim nəticə indiki maksimumuma yaxındır. Ümumiyyətlə, hər şey yaxşıdır, könüllülər əladır - istiqamət göstərdilər, lazım olanda vaxtında su verdilər", - deyə iştirakçı bildirib.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib.

“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçən yarımarafon 21 kilometr məsafəni əhatə edib.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti