...

Çempionlar Liqası: Bu gün "Real Madrid" "Mançester Siti"ni qəbul edir

İdman Materials 9 May 2023 08:40 (UTC +04:00)
Çempionlar Liqası: Bu gün "Real Madrid" "Mançester Siti"ni qəbul edir

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının yarımfinalı çərçivəsində ilk oyun keçiriləcək.

Trend xəbər verir ki, İspaniyanın "Real Madrid" klubu öz meydanında İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.

Oyun Bakı vaxtə ilə saat 23:00-da "Santiaqo Bernabeu" stadionunda start götürəcək.

Matçın baş hakimi Artur Diaş olacaq. Onun köməkçiləri Paulo Soareş və Pedru Ribeyru təyin ediliblər. Ehtiyyat hakim qismində Daniele Orsato olacaq.

Massimiliano İrrati və Tyaqu Martins VAR sisteminə cavabdeh olacaqlar.

Qeyd edək ki, komandaların cavab oyunu mayın 17-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti