...

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı yarışlarının ikinci gününə start verilib (FOTO)

İdman Materials 18 May 2023 13:15 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı yarışlarının ikinci gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı yarışlarının ikinci gününə start verilib.

Trend bu barədə cümə axşamı xəbər verir.

Bu gün böyüklər arasında fərdi proqramda kvalifikasiya yarışları keçiriləcək. Gimnastlar halqa və topla proqramlarda çıxış edəcəklər. Yarış gününün yekunlarına görə bu proqramlarda finalçılar müəyyən ediləcək.

Azərbaycan gimnastları Zöhrə Ağamirova və İlona Zeynalova saat 15:00-dan sonra çıxış edəcəklər.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər .

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası təmsil edirlər.

Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanın Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti