...

Ruben Neves 47 milyon funt-sterlinqə “Əl Hilal”a keçib

İdman Materials 24 İyun 2023 06:42 (UTC +04:00)

Bakı. Trend:

Ruben Neves 47 milyon funt-sterlinqə İngiltərənin “Vulverhempton” futbol klubundan “Əl Hilal” komandasına keçib.

Trend-in məlumatına görə, bu, “Vulverhempton” klubunun tarixində rekord məbləğdir.

26 yaşlı futbolçunun adı “Mançester Yunayted” ilə də çəkilirdi.

Portuqaliyalı yarımmüdafiəçi 6 mövsümdə 253 oyunda 30 qol vurub. Premyer Liqanın 2022/2023-cü illər mövsümündə “Canavarlar”ın heyətində isə 35 matçda altı qol vurub və bir məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti