...

Paris 2024 Yay Paralimpiya Oyunlarına ilk lisenziya qazanılıb

İdman Materials 10 İyul 2023 00:57 (UTC +04:00)
Paris 2024 Yay Paralimpiya Oyunlarına ilk lisenziya qazanılıb

Bakı. Trend:

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb.

Trend-in məlumatına görə, Oloxan Musayev bu nəticə ilə Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti