...

Dembele rəsmən PSJ-də

İdman Materials 12 Avqust 2023 13:21 (UTC +04:00)
Dembele rəsmən PSJ-də

Bakı. Trend:

"Barselona"nın futbolçusu Usman Dembelenin PSJ-yə keçidi rəsmiləşib.

Trend xəbər verir ki, bununla bağlı Paris klubunun saytı məlumat yayıb.

Fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. PSJ bu transfer üçün Kataloniya klubuna 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, Fransa millisinin üzvü 2017-ci ildən "Barselona"da çıxış edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti