...

Polo üzrə Azərbaycan millisi son Avropa çempionu ilə bir qrupda (FOTO)

İdman Materials 2 Sentyabr 2023 13:25 (UTC +04:00)
Polo üzrə Azərbaycan millisi son Avropa çempionu ilə bir qrupda (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayının 3-də Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa Çempionatı 2 qrupda start götürəcək.

Bu barədəTrend-ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hər iki qrupun tərkibi və qrup daxilində ilk oyunlar artıq məlumdur. Çempionatın ilk gününün 2-ci oyununda çıxış edəcək Milli komandamız son Avropa Çempionu İtaliya, İspaniya və İsveçrə ilə bir qrupda (zona A qrupu) mübarizə aparacaq. Digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaq.

2 sentyabr 2023-cü il tarixində yerli vaxtla saat 14:15-də keçiriləcək Azərbaycan-İspaniya oyunu ilə milli komandamız çempionata start verəcək. İlk oyunun nəticəsindən asılı olaraq qrup daxilidə 2-ci və 3-cü oyunlar müəyyən olunacaq.

Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə 3 oyundan sonra ilk iki yerə yüksələn komandalar 9 sentyabr tarixində keçiriləcək yarımfinal oyunlarına vəsiqə əldə edəcək.

Çempionatın final oyunu isə 10 sentyabr tarixində Düsseldorf Polo Klubunun əsas yarış meydançasında təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti